22.09.2020

Biz sülh istəyirik

        Qax rayonu İlisu kənd tam orta məktəbində 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilmiş “Biz sülh istəyirik” adlı tədbir keçirilib. Tədbir yuxarı sinif şagirdləri ilə distant formada, ibtidai sinif şagirdləri ilə həm əyani həm də distant formada təşkil olunub.

        Şagirdlərin ifasında sülh mövzusunda şeirlər səsləndirilib, sülhə aid rəsmlər nümayiş etdirilib. 

        Qeyd edilib ki, sülh mövzusu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal edilən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, ev-eşiklərindən, sərvətlərindən məhrum olublar.


Açar sözlər: ,