22.12.2020

Məsafədən təhsil

Dekabrın 18-də Qax rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə virtual məktəb platformasında növbəti onlayn görüş təşkil edilib. 

Görüşdə cari dərs ilinin pandemiya şəraitində təşkili məsələləri, distant təhsil zamanı yaranan çətinliklər, onların həlli yolu, teledərslərin izlənməsi, müəllim hazırlığı haqqında fikir mübadiləsi aparılıb.  Qax RTŞ-nin metodkabinetinin direktoru G.Mahmudova tərəfindən direktor müavinlərini maraqlandıran suallar (sinif jurnallarının yazılması, virtual məktəbdə testlərin hazırlanması ilə bağlı)  cavablandırılıb. Həmçinin dekabrın 19-da virtual məktəb platforması üzərindən keçiriləcək Milli qiymətləndirmə ilə bağlı suallara aydınlıq gətirilib.