29.12.2020

Həmrəyliyimiz zəfərimizdir

Dekabrın 28-də şanlı qələbəmizə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş "Həmrəyliyimiz zəfərimizdir" adlı rəsm, inşa və əl işləri üzrə müsabiqənin yekun tədbiri keçirilib.

Tədbirdə Qax RTŞ-nin metodkabinetinin direktoru G.Mahmudova, müsabiqə komissiyasının üzvləri Qax şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəfa Məmmədova, Şəhər 3 nömrəli tam orta məktəbin təsviri-incəsənət müəllimi Tatyana Poqadayeva, həmçinin Şəhər 4 nömrəli tam orta məktəbin direktoru Sultan Hacıyev, İlisu kənd tam orta məktəbinin direktoru  Aybəniz Məmmədova,  Şəhər 3 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Raisa Rəşidova və müsabiqə qalibləri olan şagirdlər iştirak edib.

İlk öncə müsabiqənin təşkil olunmasında məqsəd, şanlı qələbəmiz və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında G.Mahmudova məlumat verib. Ayrı-ayrı nominasiyalar üzrə qaliblərin adları elan edilib, komissiya üzvləri tərəfindən qiymətləndirmə meyarları haqqında məlumat verilib, daha sonra şagirdlər öz yazdıqları inşaların, çəkdikləri rəsmlərin  qısa məzmunu barədə məlumat verib.

Tədbirin sonunda şagirdlərə elan olunub ki, Qax RTŞ və ATİAHİ-nin Qax rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar, ayrı-ayrı vaxtlarda gəlib hədiyyə və fəxri fərmanlarını götürmələri təmin olunub.


Açar sözlər: ,