18.01.2021

Unutmadıq, unutmayacağıq

        20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Unutmadıq, unutmayacağıq” adlı onlayn şeir müsabiqəsi keçirib. Həmin müsabiqədə Bakı şəhərində və respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri də iştirak edib. Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də həmin müsabiqədə iştirak ediblər.  “Bədii qiraət” dərnəyinin üzvləri Mehrablı Mələk və Seyidova Günay 10-13- yaş qrupu üzrə I dərəcəli diploma layiq görülüblər.


Açar sözlər: ,