27.01.2021

Qürur yerimiz

Qax RTŞ-nin rəhbərliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş təşkil edilib. Qeyd edək ki, Qax rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 6 nəfər müəllim Vətən müharibəsinin iştirakçısı olub.

Şagirdlərinə əsl vətənpərəvərlik nümunəsi göstərmiş bu təhsil işçiləri ilə təhsil sahəsində işləyən hər kəs eləcə də şagirdlərimiz fəxr edir.

Vətən müharibəsi iştirakçıları olan müəllimlərimizdən  iki nəfəri Şahin Abdurəhmanov Şəhər 4 nömrəli, Polad Seyidov isə Qaxbaş kənd 2 nömrəli tam orta məktəbdə gənclərin çağırışa qədərki hazırlığı fənnini tədris edir. Qamət Hacıyev Ləkit kənd tam orta məktəbində kimya, Fuad Maqsudov Ağyazı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı, Pərviz Məmmədov Qarabaldır kənd ümumi orta məktəbində fiziki tərbiyə, Murad Abdullayev isə Zəyəm kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir.

Müxtəlif məktəblərdə ayrı-ayrı fənləri tədris etsələr də cəbhədə hər birisinin arzusu tezliklə vətən torpaqlarını azad görmək olub və bu arzularına çatdıqlarına, 30 illik həsrətin bitməyində azacıq da olsa paylarının olmasına görə çox sevinirlər.


Açar sözlər: ,