27.01.2021

Qarabağa gedən yol

Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Qarabağa gedən yol” adlı onlayn şeir müsabiqəsi keçirib. Müsabiqə Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub. Müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin vətənpərvərlik, milli-mənəvi, vətənə bağlılıq hisslərinin gücləndirilməsidir. Müsabiqədə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də iştirak edib. Müəssisənin dərnək üzvləri Mehrablı Mələk 10-13 yaş qrupu üzrə, Nurgül əliyeva 14-18 yaş qrupu üzrə I yerə, Nazlı Manaflı 6-9 yaş qrupu üzrə, Seyidov Feyzullah 14-18 yaş qrupu üzrə fəal iştiraka görə diplomla təltif olunublar.


Açar sözlər: ,