10.02.2021

Rayonun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən praktik-psixoloqlarla onlayn görüş keçirilib

Fevralın 9-da rayonun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən praktik-psixoloqlarla onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 fevral 2021-ci il tarixli məktubu ilə bağlı müzakirə aparılıb, görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanıb.

Vebinarda Qax RTŞ-nin ştatdankənar metodisti, şəhər 5 nömrəli tam orta məktəbin psixoloqu S.Mahmudova çıxış edərək bildirib ki, müasir təhsil sistemində qarşıda duran ən vacib məsələ şagirdlərin müdafiə olunması və məktəbdə ümumi sağlam psixoloji iqlimin formalaşdırılmasıdır. Psixoloq məktəbdə uşağın müdafiəçisidir. Ona görə də problemli – zorakılığa, təqibə, bullinqə məruz qalan şagirdi təyin etmək, onlarla sistemli iş aparmaq, ona kömək etmək birbaşa bizim vəzifəmizdir.

O həmçinin məktəb psixoloqlarına risk qrupuna daxil olan ailələr, onların övladları ilə sistemli olaraq işin aparılması, problemli şagirdlərin məktəbdə, ailə daxilində və ailədən kənar davranışlarını müşahidə edərək problemin hardan başlandığının üzə çıxarılması və profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Həmçinin belə şagirdlərlə müntəzəm olaraq söhbətlərin aparılması da tövsiyyə olunub.


Açar sözlər: