12.02.2021

Direktor müavinlərinin növbəti vebinarı təşkil olunub

Rayonun ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin növbəti vebinarı təşkil olunub. Vebinarda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi ilə bağlı yaranan suallar cavablandırılıb. 2021-ci ildə hesabatları verilməsi nəzərdə tutulan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı",“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı",“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”, Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulan tədbirlərin   həyata keçirilməsi ilə bağlı görüləcək işlərə dair tövsiyyələr verilib.


Açar sözlər: