17.02.2021

Plastik tullantıların ətraf mühitə mənfi təsiri

Qax rayonu Şotavar kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə bağlı biologiya müəllimi Gülgəz Həmzəyevanın təşkilatçılığı ilə “Plastik tullantıların ətraf mühitə mənfi təsiri” adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəb rəhbərləri, texnologiya müəllimi M.Abdullayeva və şagirdlər iştirak edib. Texnologiya müəllimi Mətanət Abdullayevanın təşəbbüsü ilə plastik qablardan şagirdlərin hazırladıqları  əl işlərinin onlayn sərgisi keçirilib. Sərgi şagirdləri bərk məişət tullantılarını ətraf mühitə atmaqdan çəkindirmək və daha faydalı işlər görmək məqsədi daşıyıb.


Açar sözlər: ,