17.02.2021

Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb

Fevralın 10-12-də keçirilən Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb. Qax rayonu üzrə bilik yarışında iştirak edən 145 şagirddən 34-ü yarımfinal turuna vəsiqə qazanıb.

Rayon üzrə iştirak edən şagirdlərdən Almalı kənd tam orta məktəbinin X sinif şagirdi Qurbanlı Xəyal Mürsəl oğlu tarix fənni üzrə verilən bütün sualları doğru cavablandıraraq 100% nəticə əldə edib.

Yarımfinal turunda iştirak edəcək şagirdlərdən 14 nəfəri XI sinif, 12 nəfəri X sinif, 8 nəfəri IX sinif şagirdləridir.

Qalib şagirdlərimizi təbrik edir, növbəti turda uğurlar arzulayırıq!

 


Açar sözlər: