17.02.2021

Narkomaniya əsrin bəlasıdır

Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində  12 fevral tarixində "Narkomaniya əsrin bəlasıdır" adlı tədbir keçirilib.

Tədbir "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramına  həsr edilib. Tədbir məktəbin psixoloqu Şəfəq Şərifovanın təşkilatçılığı ilə keçirilib. Tədbirdə məktəbin IX sinif şagirdləri, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Nəsimi Xudeynatov,  Uşaq Birliyi Təşkilatının rəhbəri  iştirak edib.


Açar sözlər: ,