12.03.2021

Yol hərəkətinin təhlükəsizliyi

Güllük kənd ümumi orta məktəbində “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı  ibtidai sinif müəllimi Ziyafət Qumaşovanın təşkilatçılığı ilə  "Yol hərəkətinin təhlükəsizliyi" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə yol hərəkəti qaydaları haqqında və yol nişanları barədə məlumatlar verilib. Şagirdlər öz növbəsində yol hərəkəti qaydaları haqqında biliklərini nümayiş etdirib.