18.03.2021

Ailədaxili münaqişələrin uşaqların davranışına psixoloji təsiri

Son illər cəmiyyət arasında məişət zorakılığı hallarının baş verməsinə tez-tez rast gəlinir. Çox vaxt ailədaxili münaqişələr, qarşılıqlı anlaşılmazlıqlar intihar hallarının baş verməsi ilə nəticələnir. Sonda bu proseslərdən zərər çəkən və ağır psixoloji travmalar alan uşaqlar olur. Bu səbəbdən məktəbli uşaqların məişət zorakılığının baş vermə səbəbləri və bu zaman özünü aparmaq qaydaları haqqında maarifləndirilməsi olduqca vacib məsələdir. Bu məqsədlə Qax rayonu Şotavar kənd tam orta məktəbində psixoloq Aydan Novruzova tərəfindən "Ailədaxili münaqişələrin uşaqların davranışına psixoloji təsiri" mövzusunda psixoloji söhbət aparılıb.

Tədbirdə "Zorakılıq nədir?", "Ailədaxili zorakılığın uşaqlara zərəri nədir?", "Zorakılıq mühitində yaşayan şəxslərin keçirdiyi hisslər", "Ailədaxili zorakılıq nə mübahisə, nə də münaqişədir", "Ailədaxili münaqişələrin uşaqlara mənfi təsirləri" kimi məsələlərə toxunulub.