18.03.2021

Söz dünyasının günəşi

Qax şəhər 5 nömrəli tam orta məktəbdə  dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Söz dünyasının günəşi" adlı onlayn ədəbi-bədii gecə keçirilib. Tədbirdə şagirdlər tərəfindən şairin həyat və yaradıcılıgı haqqında geniş məlumat verilməklə yanaşı, sənətkarın söz xəzinəsindən qəzəllər, qəsidələr, rübailər səsləndirilib.

"Xəmsə"yə daxil olan poemaların qısa məzmununu söyləyən şagirdlər həmin poemalardan parçalar səsləndiriblər. Sənətkarın sözlərinə yazılmış romansların ifası tədbirə xüsusi rəng qatıb. Nizami xəzinəsindən seçilən kəlamların müasir dövrlə həmahəng oldugu qeyd edilib. Tədbir şagirdlərdə Nizami irsinə böyük maraq və sevgi aşılayıb.