01.04.2021

Reproduktiv sağlamlıq nədir

Qax rayonu Şotavar kənd tam orta məktəbdə məktəb rəhbərlərinin təşəbbüsü ilə "Reproduktiv sağlamlıq nədir?" mövzusunda tibb işçiləri ilə onlayn görüş keçirilib. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər də iştirak edib. Tədbir zamanı "Reproduktiv sağlamlıq nədir?", "Reproduktiv yaş", "Ailə planlaşdırılması nədir?", "Orqanizmin reproduktiv sağlamlığı", "Şəxsi gigiyena qaydaları", "Reproduktiv sağlamlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi" və s. kimi məsələlərə toxunulub. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.