07.04.2021

Valideynlərin uşaqlara qarşı zorakılığının mənfi nəticələri

Son illər respublikamızda məktəbli gənclər arasında intihar hallarının sayının artması müşahidə olunmaqdadır. Bu bir sıra səbəblərlə yanaşı, eyni zamanda ailədə valideynlər tərəfindən zorakılığın tətbiq olunması ilə də əlaqədardır. Belə ki,valideynlər gənclərin həyatına yerli-yersiz müdaxilələr edir, qadağalar qoyur, peşə seçiminə qarışır, bir sözlə cəmiyyətə adaptasiya olunmasında bir çox çətinliklər yaradırlar. Bu isə gənclərin psixi pozğunluqlarla üzləşməsinə və sonunda intihar kimi mənfi halların baş verməsinə səbəb olur. Aprelin 5-də Qax rayonu Şotavar kənd tam orta məktəbdə psixoloq A.Arazova tərəfindən valideynlərin iştirakı ilə "Valideynlərin uşaqlara qarşı zorakılığının mənfi nəticələri" mövzusunda maarifləndirici söhbət aparılıb. Məqsəd valideynlərin gənclər arasında intihar hallarının baş vermə səbəbləri haqqında maarifləndirilməsi və bu kimi mənfi halların aradan qaldlrılması istiqamətində tədbirlərin görülməsi olub.