15.04.2021

Buraxılış imtahanları keçirilib

Aprelin 15-də ölkənin 11 rayonunda, o cümlədən də Qax rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə (11 illik) buraxılış imtahanları keçirilib.

 Qax rayonu üzrə iki mərkəzdə Qax şəhər 2 nömrəli məktəb-lisey və Şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunmuş imtahanda 382 nəfər şagird iştirak edib. Onlardan 23 nəfəri rus bölməsinin şagirdləri olub.

 Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

Məlumat üçün bildirək ki, gürcü bölməsinin şagirdləri ( 68 nəfər) isə aprelin 23-də imtahan verəcək.