23.04.2021

Gələcəyimizi birlikdə düşünək - Narkomaniyaya yox deyək

Qax rayonu Güllük kənd tam orta məktəbində "Gələcəyimizi birlikdə düşünək - Narkomaniyaya yox deyək" mövzusunda onlayn tədbir keçirilib. Tədbir məktəbin müəllimi Aysel Süleymanova tərəfindən  təşkil olunub. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aytəkin Musayeva çıxış edərək bildirib ki, XXI əsrdə qlobal problemlər sırasında olan bəlalardan biri də təəssüflər olsun ki, narkomaniyadır. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu təhlükə ilə hər bir vətəndaş mübarizə aparmaqda fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə maarifləndirilməsi vacib şərtlərdəndir. Bu da həm indiki,həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır. Bu məqsədlə məktəbimizdə vaxtaşırı maarifləndirici söhbətlər aparılır müvafiq tədbirlərlər görülür.

Daha sonra digər müəllimlər tərəfindən də mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılıb və şagirdlər mövzu ilə bağlı hazırladıqları şüarları, şəkilləri nümayiş etdiriblər.