23.04.2021

Gənc Müəllimlərin Peşəkar İnkişafı

Aprelin 22-də  saat 19:00-da Qax Rayon Təhsil Şöbəsi və Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənc Müəllimlərin Peşəkar İnkişafı” Forumu keçirilib. Forumun  keçirilməsində məqsəd Qax rayonunda fəaliyyət göstərən gənc müəllimlərin peşəkar inkişafına, gələcək fəaliyyətinə dəstək olmaq və töhfə verməkdir.

Azərbaycan Gənc Müəllimlər Assosasiyasının (AGMA) və Forest School Azerbaijan-ın tərəfdaşlığı ilə baş tutan tədbirdə Qax RTŞ-nin metodkabinetinin direktoru Günay Mahmudova “Gənc müəllimlərdən gözləntilər”, Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov “Gənc müəllimlərlə görülən işlər, idarənin nəzdində fəaliyyət göstərən klublar” , AGMA-nın sədri Rüfət Əsədzadə “Azərbaycan Gənc Müəllimlər Assosasiyasının fəaliyyəti”, Forest School Azerbaijanın rəhbəri Fəqan Hüseynov “Öyrətməyin qeyri-formal metodları” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb. Forum öz işini növbəti həftələrdə də davam etdirəcək.

 


Açar sözlər: ,