28.04.2021

Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Qax RİH-nin, Qax rayon Təhsil Şöbəsinin birgə  təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər”  mövzusunda seminar-treninq  keçirilib. Tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov, Qax RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Fərid Muradov, Qax rayon Təhsil Şöbəsinin məsləhətçisi  Aynur Dursunova, Qax rayon ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, həyat bilgisi fənn müəllimləri və məktəb psixoloqları  iştirak edib.                                  

           Çıxışlar zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin mövcudluğundan,  dini radikalizmin, dini ekstremizmin, erkən nigah  və  narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanib, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən, onların dünyagörüşlərinin müsbət yöndə inkişaf etdirməsindən bəhs edilib. Məktəblilərin bəşəri dəyərlərə hörmətlə yanaşması, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq  yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz  olduğu qeyd edilib. Çıxışlarda 44 günlük Vətən Müharibəsi zamanı  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində  böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillərin əsaslı rol oynadığı və  bu sahə üzrə  dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından danışıldı.                                         

Tədbirin sonunda  məktəblilərin mənəvi dünyagörüşünə təsir edən mənfi amillərlə mübarizə üsulları qeyd edilib, bu sahədə hər kəsin atacağı addımın önəmli olması vurğulanib. 


Açar sözlər: ,  ,