28.04.2021

Narkomaniyaya necə qalib gələk

Son illər gənclər arasında narkomaniyaya qarşı meyl və marağın artması artan statistika ilə davam edir. Bu səbəbdən məktəblilər arasında bu mövzuda maarifləndirici tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Şotavar kənd tam orta məktəbində UBT-nin rəhbəri Məmmədova tərəfindən V-VI sinif şagirdləri arasında "Narkomaniyaya necə qalib gələk" mövzusunda debat keçirilib. Debat zamanı şagirdlər onlara mövzuya dair ünvanlanan suallar ətrafında müxtəlif versiyalar səsləndiriblər. Tədbirin təşkilində məqsəd şagirdlərin narkotik maddələrin acı fəsadları haqqında biliklərini genişləndirmək və narkotik maddələrdən qorunmağın ən yaxşı yolunun ondan heç vaxt istifadə etməmək olduğunu anlatmaq olub.