29.04.2021

Azərbaycan dili milli varlığımızdır

Güllük kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən "Azərbaycan dili milli varlığımızdır"mövzusunda tədbir təşkil olunub. Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimi Mürüdova Esmira çıxış edib, Ana dilimizin tarixi, əzəməti, milli folklorumuz və Ana dilimizin bu günü və sabahı haqqında şagirdlərə məlumat verib,  videoçarx və slaydlar nümayiş etdirib.