03.05.2021

Nizami Gəncəvinin əsərlərində milli-mənəvi dəyərlərimiz

        Şəhər şəhər 2 nömrəli məktəb-liseydə dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvinin əsərlərində milli-mənəvi dəyərlərimiz” mövzusunda vebinar keçirilib. Kitabxana xətti ilə təşkil olunan vebinarda V sinif şagirdləri, fənn müəllimləri iştirak edib. Şagirdlərə dahi şairin həyat və yaradıcılığı barədə məlumatlar verilib, şairin əsərlərindən milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu olan seçmələr söylənilib, şagirdlərin çəkdiyi rəsmlər nümayiş etdirilib.