05.05.2021

İnsan alverindən necə qorunmalı

 “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024 -cü illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar 4 may 2021- ci il tarixində şəhər 1nömrəli tam orta məktəbində “İnsan alverindən necə qorunmalı” mövzusunda maarifləndirici tədbir keçirilib. VIII-XI sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin təşkilatçı müavini Fətmət Rəşidova açaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədi ilə aparılan maarifləndirmə işlərinin vacibliyi və əhəmiyyətindən danışıb. Məktəbin psixoloqu Nəsibə Rəhimova insan alveri anlayışı, onun növləri, qurbana çevrilmə səbəbləri haqqında ətraflı məlumat verib. şagirdləri belə vəziyyətlərdə necə davranmaq lazım olması barədə təlimatlarla tanış edib Sonda insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Mələklərin qurtuluşu” qısametrajlı filmindən fraqment nümayiş etdirilib, mövzuya dair videoçarx göstərilib,  şagirdləri maraqlandıran suallar cavablandırılıb.