05.05.2021

Qarabağ abidələri

Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə yekun vurulub. Xalqımızın əzəli torpağı  Qarabağımızın milli sərvəti olan tarixi-mədəni və dini abidələrinə həsr olunmuş müsabiqədə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və dərnək üzvləri də fəal iştirak edib. Əl işi nominasiyası üzrə "Ağac üzərində oyma" dərnəyinin rəhbəri Dilbər Rəhimova, dərnək üzvlər Nurcan Novruzlu, Zəhra Mustafayeva,  Məryəm Ramazanova  fəal iştirakına görə diploma layiq görülüb.