26.05.2021

Məktəbdaxili qiymətləndirmənin aparılması

Qax Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən rayonun ümumtəhsil müəssisələrinin direktorları və direktor müavinlərinin iştirakı ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd məktəb rəhbərləri ilə məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları ilə bağlı maarifləndirici söhbət aparmaq və məktəb rəhbərlərini maraqlandıran sualları cavablandırmaqdır.

Tədbirdə iştirak edən RTŞ-nin metodkabinetinin direktoru Günay Mahmudova bildirib ki, mövcud pandemiya şəraitində məktəbdaxili qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının ( məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının ( məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” ilə tənzimlənir. Summativ qiymətləndirmənin II-XI siniflərdə əyani şəkildə aparılması, sualların səviyyəlilik prinsipinə uyğun olaraq hazırlanması, təkcə test formasında yox, digər formalarda da təşkil olunması və s. məsələlər müzakirə olunub.

Daha sonra həmin qaydaları bir daha diqqətlə oxumaq və buradan irəli gələn tələblərə əməl etməklə, eyni zamanda “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”i nəzərə alınmaqla  təşkil olunması diqqətə çatdırılıb.


Açar sözlər: ,