07.06.2021

"Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi

Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş rəsm müsabiqəsi Azərbaycan milli mətbəxini gənc nəsilə tanıdılması və bu sahəyə məktəblilər arasında marağın artırılması məqsədi ilə keçirilib. Qeyd edək ki, "Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib.

Müsabiqədə ölkəmizin 45 şəhərindən 3 yaş qrupunda, ümumilikdə 1000-ə yaxın şagird öz rəsm əsərləri ilə iştirak edib. Qiymətləndirməyə əsasən hər 3 yaş qrupunda 4 mövzu üzrə 36 qalib müəyyən edilib. Qax rayonu Zərnə kənd tam orta məktəbinin IX sinif şagirdi Gülnar Mustafayeva "İrəvan xanlığının elat mətbəxi" nominasiyası üzrə III yerə layiq görülüb. Təbrik edirik!