08.06.2021

“Biz zəfər qazandıq!”respublika onlayn rəsm müsabiqəsi

Böyüməkdə olan gənc nəsildə vətənə torpağa məhəbbət hissinin artırılması və hərbi vətənpərvərlik ruhunun təbliği  məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri arasında keçirilən “Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqə-sərgisində şəhər 5 nömrəli məktəbin XI sinif şagirdi Nəzirov İlkin Hikmət oğlu həvəsləndirici yerə layiq görülüb. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm zəfərin nümayiş etdirilməsi məqsədi ilə yaradılan  Hərbi Qənimətlər Parkında keçirilən yekun tədbirdə iştirak edib.