14.06.2021

Son zəng

14 iyun 2021-ci il tarixdə rayonun ümumtəhsil məktəblərində “Son zəng“ tədbiri keçirilib. “Son zəng“ tədbiri Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.06.2021-ci il tarixli 02-14-482/13 nömrəli tövsiyə məktubunun tələbləri gözlənilməklə təşkil edilib. Belə ki, “Son zəng“ tədbiri məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1(bir) saatdan artıq olmamaqla keçirilib. Eyni zamanda tədbir yalnız 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə təşkil edilib. 2020-2021-ci dərs ilində Qax rayonun ümumtəhsil məktəblərinin 11-ci siniflərini 449 nəfər bitirib.