17.06.2021

Yay məktəbi

        Pandemiyanın fəsadları bütün sahələrə olduğu kimi təhsil sahəsinə də öz mənfi təsirini göstərib. Bütün səylərə baxmayaraq məsafədən təhsil şagirdlərə proqram materiallarının mənimsənilməsində müəyyən çətinliklər yaradıb. Bunları nəzərə alaraq Təhsil Nazirliyi 16 iyun 2021-ci il tarixdən etibarən 2 həftə müddətində ümumi təhsil müəsisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” ni təşkil edib. “Yay məktəbi”nin təşkilində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi və təhsil müddətində olan çatışmazlıqları tamamlamaqdır. 16 iyun tarixindən Qax rayon ümumtəhsil məktəblərində də 1904 şagirdin cəlb olunduğu “Yay məktəbi”nə  start verilib.