17.07.2021

Gümüş nişanla təltif olunan məzunlarımız

        Təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmrinə əsasən, Qax şəhər 3 nömrəli tam orta məktəbin məzunu Emil Xasiyev və Qax şəhər 2 nömrəli məktəb-liseyin məzunu Fuad Kərimli gümüş nişanla təltif olunub.

      Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

        Qeyd edək ki, Emil Xasiyev 2017 və 2018-ci illərdə Rus dili və ədəbiyyatı olimpiadasında birinci yerə, Respublika Fənn Olimpiadalarının finalında isə biologiya fənni üzrə 3-cü yerə layiq görülərək bürünc medalla təltif olunub.

        Fuad Kərimli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021-ci dərs ilində keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində III dərəcəli diplomla təltif olunub.  Təltif olunmuş məzunlara medallar təqdim olunmuşdur.

        Hər iki məzunumuza uğurlar arzulayırıq, nailiyyətlərinin bol olmasını diləyirik.