31.08.2021

Müəllim daim özünü inkişaf etdirməlidir

        Qax rayonu Qaratala kənd tam və Ağçay kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri İlahə Hüseynova və Nailə Qaracayeva “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərdə onlayn iştirak ediblər, Təlimin sonunda müəllimlərə beynəlxalq sertifikat verilib.

        Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.

    İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələniblər.