28.09.2021

27 sentyabr Anım Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

        Qax rayonunun ümumi təhsil müəsisələrində 27 sentyabr Anım Günü münasibəti ilə silsilə tədbirlər keçirilib. Açıq dərslər təşkil olunub, sahmat turniri, ağacəkmə aksiyası keçirilib, Şəhidlər xiyabanı və kəndlərdəki şəhid məzarları ziyarət edilib, şəhid və qazi ailələri ilə görüşlər təşkil olunub. Dərslərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadətli Azərbaycan Ordusunun qudrətindən, xalqın birliyindən, Ali baş komandanın yüksək əzmindən, işğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işlərindən bəhs olunub.

        Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Açar sözlər: