30.09.2021

Məzunumuz Prezident təqaüdünə layiq görülüb

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qax rayonu Qaşqaçay kənd tam orta məktəbin məzunu Cavad Bəbişli Prezident təqaüdünə layiq görülüb.

Cavad Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə 688 bal toplayaraq rayon birincisi olub. Cavadı, valideynlərini və Qaşqaçay kənd tam orta məktəbin pedaqoji kollektivini təbrik edirik.