04.10.2021

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

    Bu gündən Qax rayon ümumtəhsil müəsisələrində məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. By il məktəbəhazırlıq qruplarına rayon üzrə 30 məktəbdə 33 qrup üzrə 483 beşyaşlı cəlb olunub. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi 5 yaşlı uşaqları məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.


Açar sözlər: ,