05.10.2021

Bir qrup təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib

      Qax Rayon Təhsil Şöbəsinin tabeliyindəki məktəblərdə çalışan bir qrup təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

       Qax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə RİH başcısı Musa Şəkiliyev, Qax Rayon Təhsil Şöbəsinin müdiri Babək Heydərov,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qax rayon Komitəsinin sədri Təranə Həşimova, direktorlar və müəllimlər  iştirak ediblər.

       Tədbirdə çıxış edən Qax RİH-nin başçısı Musa Şəkiliyev  ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

        Daha sonra 2020-2021-ci tədris ilində olimpiada və müsabiqələrin nəticələrinə görə, təhsil sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlərə Qax Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və pul mükafatı təqdim olunub.


Açar sözlər: ,