28.10.2021

"44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə yekun vurulub

Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar  təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirdiyi  "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə yekun vurulub.

           Müsabiqə  şeir, təsviri sənət və esse nominasiya üzrə 3 yaş qrupunda keçirilib. Bu müsabiqədə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şeir nominasiyası üzrə 10-13 yaş qrupunda Cavadzadə Mənsurə l yerə, 6-9 yaş qrupunda Hacıyeva Əsra ll yerə, esse nominasiyası üzrə 6-9 yaş qrupunda Hədisov Səfərəli ll yerə layiq görülüb. Qalibləri təbrik edir, onlara uğurlarının davamlı olmasını arzulayırıq.