02.11.2021

Xarıbülbül ətirli zəfərimiz

            Tvining plus "Rebusla əylənərək öyrənək" lahiyəsinin iştirakçıları Bursa şəhər Akçağlayan İhsan Dikmən İlkokulunun ibtidai sinif müəllimi Pınar Barut, Qax rayonu Qaratala kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Hüseynova və Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 saylı Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Allahverdiyeva  Zəfər Günü münasibətilə "Xarıbülbül ətirli zəfərimiz" adlı onlayn tədbir keçiriblər.

      Tvining Avropa İttifaqinin Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir  və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkani verir. Türkiyəli həmkarlarımızla ortaq layihəmiz olan ''Rebuslarla əylənərək öyrənirik" layihəsi şagirdlərin dünyagörüşünün, İKT bacarıqlarının, artmasında çox faydalı olacaqdır. Qardaş Türkiyə ilə əməkdaşlığımız təhsil sahəsində öz dəyərli töhfələrini verəcəkdir. Ortaq layihənin iştirakçılarının Zəfər Gününə həsr edilmiş tədbirdə qələbəyə, türk-Azərbaycan qardaşlığına, şəhidlərimizə, vətənimizə aid şeirlər səsləndirilib, zəfər ruhlu çıxışlar edilib, milli musiqilər səsləndirilib. Tədbirdə həmçinin baş leytenant  şəhid Mətləb Cəfərovun həyat yoldaşı iştirak edib.


Açar sözlər: ,