05.11.2021

Qalib Ordu, Qalib Sərkərdə !

         Noyabrın 2-də Qax rayonu Zərnə kənd tam orta məktəbdə Zəfər günü münasibətilə "Qalib Ordu, Qalib Sərkərdə" adlı tədbir keçirilib. Tədbirdə Qarabağ savaşının qəhrəmanı, Azərbaycan respublikasının ordusunun hərbi qulluqçusu kiçik gizir Zəkəriyyə Hüseynzadə, kəndimizin şəhidi Hacıəhməd Hacıəhmədlinin sinif yoldaşları, şəhidimizin anası və məktəb kollektivi iştirak edib. Zəkəriyyə Hüseynzadə Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə isə ağır yaralanıb. Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Şucaətə görə”, “Şusa uğrunda”, "Kəlbəcər uğrunda" medalları ilə təltif olunub.


Açar sözlər: ,