05.11.2021

Zəfər Günü

        Noyabrın 4-də Qax Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək üzvlərinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş 'Zəfər Günü" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin metodisti Tünzalə Hacıyeva 44 günlük müharibədə Azərbaycan ordusunun keçdiyi zəfər yolu və bu yolda əldə olunan uğurlar haqqında ətraflı məlumat verib.

        Tədbirin keçirilməsində məqsəd 44 günlük vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizi, vətən yolunda özünü sipər edən qazilərimizi tanıtmaq və Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində şanlı tariximiz olan Zəfər Gününün qeyd edilməsi, uşaqlarda milli vətənpərvərlik hissinin formalaşması , gələcək nəsilə qəhrəmanlıq, qürur hissinin ötürülməsidir.

          Tədbirdə dərnək üzvlərinin ifasında şeir kompazisiyaları səslənib, musiqi və rəqs nömrələri təqdim olunub.


Açar sözlər: ,