09.12.2021

"44 gün" respublika virtual yaradıcılıq müsabiqəsinə yekun vurulub

        Təhsil Nazirliyinin dəstəyi ilə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərinin və məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvlərinin iştirakı ilə keçirilən "44 gün" respublika virtual yaradıcılıq müsabiqəsinə yekun vurulub. 7 dekabr 2021-ci il tarixində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvüləri Cavadzadə Mənsurə şeir nominasiyası üzrə 10-13 yaş qrupunda l yerə, Hacıyeva Əsra  6-9 yaş qrupunda ll yerə, Hədisov Səfərəli esse nominasiyası üzrə 6-9 yaş qrupunda ll yerə layiq görülüb.