13.12.2021

Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi psixoloji aspektləri

Qax Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta məktəbində “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi psixoloji aspektləri” adlı seminar-müşavirə keçirilib. Tədbirdə şöbənin baş məsləhətçisi  Tərlan Nəzərov,  Qax Rayon Qeydiyyat Şöbəsinin rəisi Kəmalə Şükürova, Qax RTŞ-nin metodisti Vüsalə Vəzirli və məktəbin X-XI  sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı uşaqların humanist, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinin önəmi vurğulanmış, zərərli vərdişlərdən uzaq, zorakılığa və ya istismara məruz qalmadan,  yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib bir fərd kimi formalaşmasında onlara göstərilən diqqət və qayğının önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cəmiyyətin özəyi olan ailə dəyərlərinin önəmi vurğulanıb. Dini fanatizmin  və dini radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə  vurduğu zərərlər barəsində danışılıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və şagirdlərə DQİDK tərəfindən nəşr olunmuş maarifləndirici bukletlər paylanılıb.


Açar sözlər: ,