01.03.2022

Çüdüllü kənd ümumi orta məktəbində yeni modul tipli məktəbin açılış mərasimi keçirilib

Martın 1-də Qax rayonu Çüdüllü kənd ümumi orta məktəbində Prezidentin sərəncamına əsasən tikilmiş yeni modul tipli məktəbin açılış mərasimi keçirilib. Tədbirdə Qax Rayon Təhsil Şöbəsinin müdiri Babək Heydərov, Ərazi İcra Nümayəndələri, şəhid ailələri və məktəb kollektivi iştirak edib.

Məktəb 54 nəfər şagird yerlikdir.  Binada 7 sinif otağı, 1 komputer otağı və sanitar qovşaq yerləşir. İstilik sistemi ilə təchiz olunub. Qeyd edək ki, məktəbdə hal-hazırda 40 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 18 nəfər müəllim məşğul olur.


Açar sözlər: ,