04.03.2022

 5 mart - Bədən Tərbiyəsi və İdman Günü

     Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği  məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə respublikanın bütün ümumi təhsil müəssisələrində "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” çərçivəsində 28 fevral – 4 mart 2022-ci il tarixləri idman həftəsi kimi qeyd olunur. 

         Qax rayonunun təhsil müəssisələrində  də "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində tərtib edilmiş plana əsəsən silsilə tədbirlər keçirilir.