04.04.2022

Düşünən oxucu

        Təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkminləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin V-IX sinif şagirdləri arasında təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsində Qax şəhər 2 saylı məktəb-liseyin V sinif şagirdi Kərimli Cahan Cavid qızı qalib olub. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin V - IX sinif şagirdləri arasında keçirilmiş “Düşünən oxucu” müsabiqəsi 5 yanvar - 21 fevral 2022-ci il tarixlərini əhatə edib. Üç mərhələdə təşkil olunmuş müsabiqənin birinci mərhələsinə 20609 nəfər şagird qoşulub, onlardan  final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 nəfər qalibi müəyyən edib.